.
Təhsil departamenti ilə tanışlıq

Təhsil departamenti ilə tanışlıq

Təhsil departamenti nədir?

Təhsil departamenti əl-Mustafa Beynəlxalq Virtual Universitetinin zəruri departamentlərindən biridir. Belə ki, tələbələrlə əlaqədar bütün təhsil sisteminə nəzarət edir. Burada əl-Mustafa Beynəlxalq Virtual Universitetinin əsas təhsil hədəfləri dəqiq formada hazırkı tələblərə uyun şəkildə tənzimlənir və dini elmləri əldə etmək həvəsində olan bütün dəyərli müraciət edən tələbələrə təqdim edilir.   

 

Hədəflər

Bu departament, əl-Mustafa Beynəlxalq Virtual Universitetinin təhsil proqramına uyğun olaraq öz əsas hədəflərini tənzimləmişdir. Aşağıda bu hədəflərin bəzisinə işarə edirik:

1. Yeni və müxtəlif virtual təhsil vasitələrindən bəhrələnmək

2. Rəftarın tənzimlənməsi məqsədilə xüsusi vasitələrdən istifadə etmək

3. Təhsilin tədqiq və araşdırma üzərində qurulmasına təkid etmək

4. Eynizamanlı və müxtəlif zamanda təqdim edilən təhsil sistemini tənzimləmək

5. Qiyabi və əyani təhsil kurslarının təqdim edilməsi

6. Qiyabi və əyani şəkildə kurs arası və sonundakı imtahanların təşkil edilməsi...

   

 

Təhsil siyasəti

Bu departament, əl-Mustafa Beynəlxalq Virtual Universitetinin təhsil proqramına uyğun olaraq, təcrübəli və ixtisaslaşmış kadrlardan bəhrələnməklə tələbələrin elmi-mənəvi, mədəni-tərbiyəvi inkişafı, dini və əxlaqi dəyərlərinin yüksəldilməsi məqsədini daşıyır.  

 

Fəaliyyətlər

Bu departamentin fəaliyyətləri sırasında aşağıdakı ümumi mövzulara işarə etmək olar:

1. Fiqh dərslərinin bakalavr və magistr pillələrində, fars və ərəb dillərində tədris edilməsi

2. Quran araşdırmaları dərslərinin bakalavr və magistr pillələrində, fars, ərəb, ordu və ingilis dillərində tədris edilməsi

3. Əxlaq dərslərinin magistr pilləsində, fars və ingilis dillərində tədris edilməsi

4. İslam təfəkkürü dərslərinin bakalavr pilləsində, fars və ingilis dillərində tədris edilməsi

5. İslam maarifi və mədəniyyəti ünvanı ilə qısa müddətli və azad kursların təqdim edilməsi

6. Fars dili kurslarının iranlı olmayan şəxslərə təqdim edilməsi  

 

Haberler Fakülteler Araştırma Görevlileri Araştırma Kültür      Bizim Hakkımızda

Bizimlə birlikdə olun
MOU MOU MOU MOU MOU
info@almustafaou.com   +982532114115
 Ziyaretçi sayfası : 694
 günlük ziyaretçi sayısı : 46
 Ziyaretçi özeti : 118810
 Bağlanmış (Bağlı) ziyaretçiler : 9
Saytın bütün hüququ Əl-Mustafa Beynəlxalq Virtual Universitetinə məxsusdur.