.
Kısa Geçmişimiz

Haqqında:

Əl-Mustafa Beynəlxalq Virtual Universiteti ən son texnologiya vasitələrindən bəhrələnərək İslam elmləri ixtisasları və humanitar elmlər üzrə, qısa müddətli kurslar da daxil olmaqla, müxtəlif fakültələrdə və dünyanın diri dillərində fəaliyyət göstərir. Münasib məbləğdə ödənişlə qiyabi təhsil verir. Öz məzunlarına rəsmi və mötəbər diplomlar təqdim edir.

Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Əl-Mustafa Beynəlxalq Universitetinin qiyabi təhsil mərkəzi olaraq, otuz illik beynəlxalq təhsil və maarifləndirmə  fəaliyyətlərindəki təcrübəyə əsaslanır. Müxtəlif ölkələrin seçilmiş ustadları və elmi işçilərindən bəhrələnərək, hal-hazırda dünyanın çoxsaylı nöqtələrindəki şöbələri ilə, bakalavr, magistr səviyyəsində və həmçinin qısa müddətli kurslarda yüzlərlə tələbələrə sahibdir.

İmtiyazları:

1. İİR-nın "Elm, təhsil və texnologiyalar nazirliyinin" rəsmi diplomunu təqdim edir.

2. Dünyanın mötəbər elmi mərkəzlərində, ölkədaxili dini hövzə və universitetlərin elmi heyətlərində fəaliyyət göstərən tanınmış elmi işçilər, alimlər, ustadlardan faydalanmaq imkanı yaradır.

3. Otuz illik beynəlxalq təhsil və maarifləndirmə  fəaliyyətlərindəki təcrübəyə əsaslanaraq, tələbələrin istənilən zaman və məkanda dərslərin mətn və videolarından bəhrələnməsini təmin edir.

4.  Təqdim etdiyi təhsil dövrələri və departamentlər dünyanın diri dillərində fəaliyyət göstərir.

5. Ən yeni elektron məlumatlandırma texnologiyalarına sahibdir.

6. Onlayn (canlı) və oflayn (video, mp3, word) olaraq müxtəlif növlü təhsil xidmətləri təqdim edir.

7. Münasib məbləğdə ödənişlə qiyabi təhsil sisteminə malikdir.

8. Təcrübəli və etibarlı  mütəxəssislərə sahibdir.

9. Qum elmi-dini hövzəsində İslam maarifi və vəhyani elmlərin mənbəyindən bəhrələnmək imkanı təqdim edir.

Haberler Fakülteler Araştırma Görevlileri Araştırma Kültür      Bizim Hakkımızda

Bizimlə birlikdə olun
MOU MOU MOU MOU MOU
info@almustafaou.com   +982532114115
 Ziyaretçi sayfası : 767
 günlük ziyaretçi sayısı : 36
 Ziyaretçi özeti : 114546
 Bağlanmış (Bağlı) ziyaretçiler : 5
Saytın bütün hüququ Əl-Mustafa Beynəlxalq Virtual Universitetinə məxsusdur.